Azərbaycan benzin ixracını 4 dəfə azaldıb

Azərbaycan benzin ixracını 4 dəfə azaldıb
17:20 02.04.2013
828
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2013-cü ilin mart ayında 1,975 min ton avtomobil benzini, 81,363 min ton dizel yanacağı, 13,036 min ton təyyarə yanacağı, 299 ton soba mazutu ixrac edib.Ümumilikdə 2013-cü ilin yanvar-mart ayları ərzində şirkət 4,470 min ton avtomobil benzini, 250,327 min ton dizel yanacağı, 34,168 min ton təyyarə yanacağı, 299 ton soba mazutu ixrac edib.

Ötən ilin ilk rübünə nisbətən avtomobil benzininin ixracı 4,3 dəfə azalıb, dizel yanacağının ixracı 2,5%, təyyarə yanacağının ixracı 11% artıb.

Mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 1 008,36 ABŞ dolları, təyyarə yanacağı - 965,26 dollar, dizel yanacağı - 902,49 dollar, 1%-li kükürdlü mazut - 614,58 dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil benzininin qiyməti 12,2%, təyyarə yanacağının - 10,1%, dizel yanacağının - 11,6%, 1%-li kükürdlü mazutun qiyməti isə 19,4% azalıb.//APA

OXŞAR XƏBƏRLƏR