"Azərbaycan bərpa olunan enerji sahəsində çox böyük potensiala malikdir"

"Azərbaycan bərpa olunan enerji sahəsində çox böyük potensiala malikdir"
SİYASƏT
16:33 18.07.2022
251
"Azərbaycan bərpa olunan enerji sahəsində çox böyük potensiala malikdir”.

AZXEBER.COM xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.

"Bu gün biz bu sahədə yeni tərəfdaşlığın əsasını qoyuruq və bütün qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmağı öhdəmizə götürürük”, - Avropa Komissiyasının rəhbəri vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen arasında Bakıda baş tutan görüş çərçivəsində keçirilib.
OXŞAR XƏBƏRLƏR