Azərbaycan Beynəlxalq Bankı daha bir elektron ofis açdı

İQTİSADİYYAT
09:09 31.03.2012
1773
Azərbaycan Beynəlxalq Bankı (ABB) Bakı şəhərinin Xətai rayonunda daha bir özünəxidmət elektron ofisini açıb. Bankın mətbuat xidmətindən verilən məlumata görə, 830-cu keçid, 2929-2930 məhəllə ünvanında yerləşən ofisdə 5 bankomat, o cümlədən 2 “cash-in” tipli bankomat quraşdırılıb. Bankın digər elektron ofisləri Səbail rayonunda 28 May küçəsi, 20 və Yasamal rayonunda İnşaatçılar prospekti, 499-cu məhəllə ünvanlarında yerləşir. Bundan əlavə “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində və Fəvvarələr Meydanında bankın iki elektron şöbəsi fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR