‘Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan’ ötən il aktivlərini 2dəfəyə qədər artırıb

İQTİSADİYYAT
12:25 01.03.2012
2088

«Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan» bankının aktivləri 2011-ci ildə 1,9 dəfə artaraq 171,5 mln. lariyə (80,6 mln. manat) çatıb. ABB-dən verilən məlumata görə, nizamnamə kapitalı 1,9 dəfə artaraq 22,7 mln. lari (10,670 mln. manat) səviyyəsinə çatdırılıb..

AZXEBER.COM-a verilən məlumata görə, ötən ilin sonuna bankın kredit portfelinin həcmi 62,4 mln. lari təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur. «ABB-Gürcüstan» bankının baş direktoru Samir Vəliyevin sözlərinə görə, bank Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri üçün aparıcı bankdır və bu istiqamətdə fəaliyyətin genişlənməsi müşahidə olunur. Ötən il ərzində bankın müştərilərinin sayı 994-ə çatıb ki, bu da əvvəlki ilə nisbətən 38,6% çoxdur.

Qeyd edək ki, «ABB-Gürcüstan» 2007-ci ildən fəaliyyət göstərir. Bankın əsas təsisçisi Azərbaycan Beynəlxalq Bankıdır (75%). Digər təsisçilər sırasında «Azərbaycan Sənaye Bankı» (12,5%) və fiziki şəxs (12,5%) var.Q

OXŞAR XƏBƏRLƏR