Azərbaycan Beynəlxalq Bankı ilin ən yaxşı bankı seçildi

Azərbaycan Beynəlxalq Bankı ilin ən yaxşı bankı seçildi
İQTİSADİYYAT
11:46 11.07.2019
4099
Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "Euromoney” jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi "Award of Excellence” mükafatının təntənəli təqdimatı mərasimində  açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, müxtəlif kateqoriyalar üzrə "İlin bankı” mükafatı ilə təltif edilən banklar sırasında dünyanın bir sıra aparıcı maliyyə institutları da var. Azərbaycan Beynəlxalq Bankı isə bu mükafata aktivlərinin həcminə, böyük müştəri bazasına, ölkə üzrə ən geniş ATM şəbəkəsinə, qlobal tərəfdaşlıq əlaqələrinə, tətbiq etdiyi innovativ texnologiyalara, həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinə görə layiq görülüb.   

1969-cu ildə yaradılmış "Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Bu il fəaliyyətinin 50 illiyini qeyd edən "Euromoney” jurnalının mükafatı maliyyə dünyasının ən nüfuzlu mükafatlarından sayılır.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu mükafatın bank üçün böyük nailiyyət olduğunu bildirib: "Qlobal maliyyə dünyasında Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə belə yüksək və obyektiv qiymətin verilməsi bizi çox sevindirir. Bu, bankın sağlamlaşdırılması, müasir mərhələdə davamlı inkişafı məqsədilə həyata keçirilən tədbirlərin xoş nəticəsidir. Qazandığımız hər bir uğura  görə çətin dönəmlərdə banka dəstək olmuş dövlətimizə, bizə inanıb etibar edən müştərilərimizə minnətdarıq”.

Abbas İbrahimov onu da əlavə edib ki, bankın yeni fəaliyyət strategiyasının icrası ərəfəsində belə bir yüksək mükafata layiq görülməsi xüsusilə mühüm əhəmiyyət daşıyır: "Belə bir qiymət yeni strateji layihələrimizin yüksək ruhla həyata keçirilməsi üçün böyük motivasiya yaradır. Müştərilərimiz  bunu yenilənən xidmət ofislərimizdə, onların məmnuniyyətini qazanmaq üçün getdikcə yüksələn xidmət standartlarımızda, məhsul və xidmətlərimizin sərfəli üstünlüklərində hiss edəcək, bizi seçməkdən hər zaman qazanacaqlar”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik