Azərbaycan Beynəlxalq Bankında bir gündə 23 mindən çox vətəndaşa sosial müavinət kartı verilib

Azərbaycan Beynəlxalq Bankında bir gündə 23 mindən çox vətəndaşa sosial müavinət kartı verilib
İQTİSADİYYAT
13:32 14.05.2020
1257
COVİD-19 dövründə əhalinin rifah halının qorunması məqsədilə dövlətin işsiz aztəminatlı şəxslərə təyin etdiyi birdəfəlik ödəmələr üçün vətəndaşlara plastik kartların verilməsi davam etdirilir.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankında 100 mindən çox vətəndaşa sosial müavinət kartları təqdim olunub. Proses bankın bütün filial və şöbələrində həyata keçirilir. Kartların verilməsi zamanı vətəndaşların rahatlığının təmin olunması üçün filial və şöbələr gücləndirilmiş iş rejimində hər gün saat 09.00-dan 18.00-a qədər fasiləsiz çalışır. Növbələrin qarşısının alınması, prosesin maksimum operativliyinin təmin olunması üçün bu işə filial və şöbələrin ön ofis əməkdaşları tam heyətdə cəlb olunub. Hər bir vətəndaş bank ofisinə müraciətindən sonra maksimum 5 dəqiqə ərzində öz kartını ala bilir. Həyata keçirilən tədbirlər nəticəsində bankın filial və şöbələrində bir gün ərzində maksimum 23 mindən çox vətəndaşa sosial müavinət kartının verilməsi təmin edilib. COVİD-19-la bağlı karantin rejiminin tələblərindən irəli gələrək bu prosesdə müştərilərin və əməkdaşların sağlamlığının təmin olunması üçün lazimi tədbirlər də həyata keçirilməkdədir.

Bəzi vətəndaşların qeydiyyatda olduqları ünvanlarla faktiki yaşayış yerlərinin fərqləndiyini nəzərə alaraq Azərbaycan Beynəlxalq Bankı prosesi optimallaşdırıb. Vətəndaşlara öz kartlarını əlavə məsafə qət etmədən almaq imkanı yaradılıb. Belə ki, birdəfəlik ödəmə almaq hüququna malik vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq öz kartını bankın ona ən yaxın filial və ya şöbəsindən əldə edə bilər.

Vətəndaşlara verilən sosial müavinət kartları ilə vəsaiti bankomatlardan nağdlaşdırmaqla yanaşı, POS terminallar, yaxud onlayn qaydada nağdsız ödənişlər aparmaq da mümkündür. Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaş olan bəzi mağazalarda alış-verişləri bu kartlarla nağdsız qaydada apardıqda hər ödənişə görə müştəri 3% kəşbək qazanır. Azərbaycan Beynəlxalq Bankı sosial müavinət kartı alan vətəndaşlara bankın mobil tətbiqini telefonlarına yükləyərək onun yaratdığı imkanlardan faydalanmağı da tövsiyə edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
17:13 03.07.2025
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
17:12 03.07.2025
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
Yasamalda yaşayış binasında yanğın
16:59 03.07.2025
Yasamalda yaşayış binasında yanğın
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
16:47 03.07.2025
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
16:39 03.07.2025
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb