Azərbaycan Beynəlxalq Bankından “Şirkətlərə anında dəstək” krediti

Azərbaycan Beynəlxalq Bankından “Şirkətlərə anında dəstək” krediti
İQTİSADİYYAT
17:23 23.09.2019
7234
Müştərilərinin etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə yeni məhsulunu təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, bankın hər bir korporativ müştərisi, o cümlədən kiçik və orta sahibkarlar anidən yaranan ehtiyacları üçün 100.000 manata qədər krediti Azərbaycan Beynəlxalq Bankından rahatlıqla əldə edə və ehtiyaclarını qarşıladıqdan sonra kredit borclarını tam, yaxud hissə-hissə ödəyə bilərlər. "Şirkətlərə anında dəstək” kreditinin əsas üstünlüyü müştərinin müraciətindən sonra çox qısa müddətdə rəsmiləşdirilməsidir. Bundan başqa, kreditin rəsmiləşdirilməsi prosedurları da sadədir.

Kreditor borclarının ödənilməsi, əmək haqqı ödənişlərinin həyata keçirilməsi, biznes fəaliyyətində gözlənilmədən ortaya çıxan xərclərin qarşılanması və s. bu kimi qısamüddətli öhdəliklərinin yerinə yetirilməsindən ötrü Bank sahibkarlara belə bir imkanı yaradır.

Kreditin özəllikləri:

• Kreditin məbləği - 100.000 manatadək

• Kreditin müddəti - 3 ayadək

• İllik faiz dərəcəsi - 16%-dən başlayaraq

Krediti bankın bütün filiallarından əldə etmək mümkündür. Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, belə məhsulların yaradılmasında məqsəd sahibkarların maliyyə tərəfdaşı olaraq Azərbaycan Beynəlxalq Bankının onların maliyyə vəsaitləri ilə bağlı bütün ehtiyaclarını yerinə yetirə bilməsidir. "Qısamüddətli öhdəliklərin yaranması, biznesdə tez-tez baş verən normal bir haldır. "Şirkətlərə anında dəstək” krediti isə belə vəziyyətlərdə sahibkarları qayğıdan azad edir. Onlar Azərbaycan Beynəlxalq Bankının bu kredit məhsulundan faydalanmaqla biznes layihələrini hər hansı çətinlik yaranmadan fasiləsiz icra edə bilərlər. Korporativ biznesin inkişafına yönələn bu cür addımlarımız davamlı olacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı