Azərbaycan Beynəlxalq Bankının Gürcüstandakı filialı BAĞLANDI

İQTİSADİYYAT
16:57 25.07.2018
8426

Azərbaycan Beynəlxalq Bankının Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv olunub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Məlumata əsasən, bank ləğv olunma prosesindədir və Roin Tsatsiaşvili banka ləğvedici təyin olunub.

 

Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR