‘Azərbaycan bəzi beynəlxalq təşkilatlarla bağlı mövqeyini dəyişməlidir’ - Fuad Ələsgərov

SİYASƏT
15:43 17.03.2014
922
"İndiyə qədər "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi təşkilatlar Azərbaycana qarşı ikili standartlardan istifadə ediblər, yalan məlumatlar əsasında hesabatlar hazırlayıblar".
Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının ilk iclasında komissiyanın proqramına münasibət bildirərkən deyib.
F.Ələsgərov qeyd edib ki, "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi təşkilatlarla əməkdaşlıq yox, bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır: "Hesab etmirəm ki, bu təşkilatlarla əməkdaşlıq uğurlu ola bilər. Zənnimcə, biz mövqeyimizi dəyişməliyik".
O, eyni zamanda, YAP-ın beynəlxalq əməkdaşlıq çoğrafiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb. PA rəsmisi bildirib ki, əməkdaşlıq coğrafiyasına nəinki Cənubi Amerika ölkələrini, eləcə də bütün Amerika ölkələrini daxil etmək lazımdır: "Avropa ölkələrinə gəldikdə, biz burada yanaşmanı iki istiqamətdə qurmalıyıq - Qərb ölkələri və Şərq ölkələri. Mərkəzi Asiya ölkələrinə gəldikdə isə Orta Asiya ilə də əlaqələri genişləndirmək lazımdır".Qeyd edək ki, YAP Beynəlxalq əlaqələr komissiyasının proqramında insan hüquqlarının müdafiəsi ilə məşğul olan "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi beynəlxalq qeyri-hökumət təşkilatları, həmçinin Avropada, Mərkəzi və Şərqi Asiyada bu sahədə fəaliyyət göstərən digər QHT-lərlə əməkdaşlıq edilməsi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?