Azərbaycan Bilyard İdman Federasiyasının idmançıları dünya çempionatında iştirak edib - VİDEO

Azərbaycan Bilyard İdman Federasiyasının idmançıları dünya çempionatında iştirak edib - VİDEO
İDMAN
19:09 12.04.2018
11656
4-8 aprel 2018-ci il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində Bilyardın "Dinamik piramida" növü üzrə Dünya Çempionatı keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, həmin çempionatda Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Bilyard İdman Federasiyası yığmasının 6 idmançısı iştirak edib. Bundan əlavə, ABİF-in digər işlərinin həllində FİNAL yağları brendi dəstəkçi qismində çıxış edib.
 
Bu haqda AZXEBER.COM-a federasiyanın prezidenti Emil Tağlyev məlumat verib.

Onun dediyinə görə, çempionatda iştirak edən müxtəlif ölkələrin 103 idmançısı arasında Ağayev Seyhun 10-luğa düşərək 9-cu yerə yiyələnib. Azərbaycanda bilyard sahəsinə yüksək diqqət göstərərək, əldə edilən nəticəni gələcəkdə daha da artırmaq üçün bilyard məktəblərinin yaradılması Azərbaycan Bilyard İdman Federasiyasının növbəti addımıdır. Bu və digər məsələlərlə bağlı ABİF-in rəsmi səhifəsində və sosial şəbəkələrdə tezliklə məlumat veriləcək.
 
Qeyd edək ki, bu ilin aprel ayında ABİF Beynəlxalq Piramida Konfederasiyası tərəfindən tanınaraq, həmin qurumun rəyasət heyətinin üzvü seçilib. ABIF həmçinin keçirilən dünya çempionatının açılış və mükafatlandırılma mərasimində iştirak edib.
 
 
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR