"Azərbaycan bölməsi uşağın gələcəyi üçün daha doğru seçimdir" - Təhsil eksperti

"Azərbaycan bölməsi uşağın gələcəyi üçün daha doğru seçimdir" - Təhsil eksperti
SOSİAL
12:17 23.01.2026
296
"Bu günün reallığında və uzunmüddətli perspektivdə Azərbaycan bölməsi daha məqsədəuyğun seçim hesab olunur”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, bütün işlər Azərbaycan dilində aparılır:

"Dövlət dili Azərbaycan dili olduğu üçün ali təhsil, dövlət qulluğu, rəsmi imtahanlar və iş mühiti əsasən bu dildə aparılır. Bu da uşağın cəmiyyətə daha rahat inteqrasiya etməsinə, gələcəkdə dil baryeri yaşamamasına şərait yaradır. Rus bölməsi yalnız müəyyən hallarda – ailədə rusdilli mühit olduqda və ya gələcək planlar Rusiya və digər rusdilli ölkələrlə bağlı olduqda daha uyğun ola bilər. Əks halda, rus bölməsini bitirən uşaqlar sonradan Azərbaycan dilində rəsmi ünsiyyətdə, imtahanlarda və iş prosesində çətinliklərlə üzləşə bilirlər”.

Ekspert qeyd edib ki, Azərbaycan diliylə yanaşı xarici dil biliyi də vacibdir:

"Ən optimal yanaşma isə Azərbaycan bölməsində təhsil alaraq paralel şəkildə xarici dilləri, xüsusilə ingilis dilini, əlavə olaraq rus dilini güclü səviyyədə öyrənməkdir. Bu model uşağa həm ölkə daxilində, həm də beynəlxalq mühitdə daha geniş imkanlar qazandırır və gələcək seçimlərini məhdudlaşdırmır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR