Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürüb

Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürüb
SİYASƏT
21:02 01.04.2025
699
Aprelin 1-də Cenevrə şəhərində Azərbaycanın təşəbbüsü və əsas həmmüəllifliyi ilə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə layihəsi irəli sürülüb.

Bu barədə AZXEBER.COM-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyası çərçivəsində "Minalar, insan hüquqları və ətraf mühitin deqradasiyası - mina qurbanlarına effektiv yardım” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə qətnamə layihəsi barədə məlumat verilib.

Azərbaycanın BMT-nin Cenevrə Bölməsi nəzdinəki Daimi Nümayəndəliyi və Universal Rights Group (URG) beynəlxalq təşkilatı tərəfindən birgə təşkil olunmuş tədbir BMT-dəki daimi nümayəndəliklər, insan hüquqları sahəsindəki nüfuzlu qurum və ekspertlər, həmçinin beynəlxalq media nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbirdə əsas məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın əsas həmmüəllif qismində irəli sürdüyü "Piyadalar əleyhinə minaların bütün insan hüquqlarından tam istifadə edilməsinə təsiri” adlı qətnamə layihəsinin BMT İnsan Hüquqları Şurasının gündəliyinə daxil olduğunu elan edib.

Daha əvvəl mövzu üzrə ilk dəfə xüsusi hesabatın İHŞ-da təqdim edildiyi, BMT-də bir sıra paralel tədbirlər və məsləhətləşmələr təşkil olunduğu, ötən il Azərbaycanın təşəbbüsü ilə İHŞ-nın 57-ci sessiyasında yayılmış Birgə bəyanatın 65 ölkə tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.

Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının Avropada minalarla ən çox çirklənmiş ikinci ərazi olduğunu vurğulayan Elşad İskəndərov, post münaqişə dövründə 383 vətəndaşımızın mina partlayışında həyat və sağlamlıqlarının itirdiyini, ümumilikdə isə Azərbaycanda 4 000 yaxın mina qurbanı olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən qətnamənin həm-müəllifi Əlcəzairin, həmçinin Qambiyanın BMT Cenevrə Bölməsindəki Daimi nümayəndələri, BMT-nin İnsan Hüquqları Pozuntuları üzrə Məruzəçisi, səfir Yvette Stevens və digər natiqlər, minalarla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi və mina qurbanlarına yardımın mümkün beynəlxalq mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində çıxış edən hüquqşünas və Beynəlxalq İnsan Hüquqları Müşavirləri (IHRA) təşkilatının təsisçisi Ben Kit tərəfindən "Mina Ədaləti” (Campaign for Landmine Justice) kampaniyasının rəsmi təqdimatı da həyata keçirilib. Kampaniyanın başlıca məqsədi mina qurbanlarının hüquqlarının təmin edilməsi məqsədilə beynəlxalq Həmrəylik mexanizminin yaradılmasına nail olmaqdır.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır