Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına çağırış etdi

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına çağırış etdi
Siyasət
12:41 26.01.2022
495
"Təhlükəsizlik Şurası mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirməli, daim tələb etməlidir ki, silahlı münaqişədə bütün tərəflər beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə tam riayət etsinlər".

AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının "Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilmiş iclasında deyib.

O bildirib ki, S/2022/23 nömrəli konseptual məktubda bir sıra məsələlər qaldırılır. Təhlükəsizlik Şurasının bu iclasında, o cümlədən şəhər rayonlarında hərbi əməliyyatlar zamanı mülki şəxslərin üzləşdiyi problemlərin qarşısının alınması və onlara cavab verilməsi üçün Təhlükəsizlik Şurasının sərəncamında olan vasitələrdən daha səmərəli istifadə etməyin yolları və ölkələrin beynəlxalq humanitar hüquqa riayət olunmasını necə yaxşılaşdıra biləcəkləri barədə müzakirələr zamanı həmin konseptual məktubda qeyd olunan məsələlər rəhbər götürülməlidir. Diplomat deyib ki, beynəlxalq humanitar normalarına tam riayət edilməsinin təmin olunması bütün silahlı münaqişələrdə əsas vəzifədir. Cəzasız qalan hüquq pozuntuları çox vaxt münaqişələrin təkrarlanmasına və yeni cinayətlər törədilməsinə rəvac verən katalizator qismində çıxış edir.

Azərbaycanlı diplomat vurğulayıb ki, BMT-nin Baş katibinin öz məruzəsində vurğuladığı kimi, qaydalara riayət olunması və qabaqcıl praktikanın tətbiq edilməsi, habelə təqsirkarların məhkəmə qaydasında təqibinin reallaşdırılması və qurbanlara dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün siyasi iradə tələb olunur.

Humanitar təşkilatların rolu əvəzedilməzdir. Bu təşkilatların münaqişəli və münaqişədən sonrakı hallarda iştirakı müstəsna olaraq humanitar xarakter daşımalı, bundan siyasi məqsədlər üçün istifadə edilməməli, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə tam hörmət edilməklə zərərçəkmiş ölkənin razılığı, neytrallıq və qərəzsizlik prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
10:06 23.08.2025
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu