Azərbaycan boksçuları Türkiyədə keçirilən dostluq turnirində 32 medal qazanıblar

Azərbaycan boksçuları Türkiyədə keçirilən dostluq turnirində 32 medal qazanıblar
İDMAN
20:21 21.12.2025
220
Türkiyənin Ağrı vilayətində boks üzrə qonşu ölkələrin beynəlxalq dostluq turniri keçirilib.

AZXEBER.COM xəbər verir ki, Türkiyə, İran və Azərbaycan idmançılarının iştirakı ilə keçirilən yarışda ölkəmizi Naxçıvan yığma komandası təmsil edib.

Komandanı turnirdə 5 məşqçi və 36 idmançı təmsil edib. Boksçularımız 14-ü qızıl, 16-sı gümüş və 2-si bürünc olmaqla, 32 medal qazanıblar.

Təmsilçilərimizdən Ruhin Səfərov, Özkan Həsənov, Turan Allahverdiyev, Nizam İsgəndərov, Said Nuriyev, Həsən Rəhimov, Aftandil Bəşirov, Sərxan Allahverdiyev, Elbrus Kərimli, Elmurad Kərimli, Kamal Məmmədov, Mikayıl Bayramlı, Fikrət Abbaslı və Ucal Musayev qızıl medal qazanmağa müvəffəq olublar.
OXŞAR XƏBƏRLƏR