Azərbaycan boksçusu erməni rəqibi üzərində qələbə qazandı

Azərbaycan boksçusu erməni rəqibi üzərində qələbə qazandı
İDMAN
17:20 10.09.2013
1554
Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyi davam edir. 
Boks federasiyasından  verilən məlumata görə, yarışın ikinci günündə milli komandamızın 5 üzvü rinqə çıxıb.80 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev türkiyəli Məhəmməd Aydınla dueldən qalib ayrılıb - 3:0 (29:28, 29:28, 29:28). Mehdiyev 1/8 finalda litvalı Amoldas Taraskeviçusla qarşılaşacaq.Elcan Qafarlı da (48 kq) dünya birinciliyində ilk döyüşünü qələbə ilə başa vurub. Boksçumuz Filippin nümayəndəsi Hipolito Banalı mübarizədən kənarlaşdırıb - 3:0. Həmyerlimiz 1/8 finalda avstraliyalı Ceyms Biazli ilə üz-üzə gələcək.Ümid Rüstəmov da (50 kq) komanda yoldaşlarının uğurunu davam etdirib. Millimizin üzvü Varinder Sinqh üzərində inamlı qələbə qazanıb. Hər 3 hakim Rüstəmovun qələbəsini qeydə alıb - 30:27, 29:28, 30:27. Azərbaycan boksçusu 1/8 finalda macarıstanlı David Kovaçla görüşəcək.Rövşən Musayev də yarışa qələbə ilə başlayanlar arasındadır. 66 kq çəki dərəcəsindəki təmsilçimiz yeni zelandiyalı Rayan Skeiflə döyüşdə heç bir çətinlik çəkməyib - 30:26, 30:26, 30:27. Musayev 1/8 finalda İrlandiya idmançısı Levis Audli ilə münasibətlərini aydınlaşdıracaq.Hüseyn Tarverdilinin (70 kq) dünya birinciliyindəki ilk görüşü isə daha əlamətdar olub. O, Ermənistan boksçusu Vardan Kosyan üzərində inamlı qələbə qazanıb - 3:0 (30:27, 30:27, 29:28). Boksçumuzu 1/8 finalda Bosniya və Herseqovina nümayəndəsi Sandro Poletan gözləyir.Yarışın ikinci günündə milli komandamızın üzvlərindən yalnız Pərviz Quliyev (57 kq) mübarizəni dayandırıb. Həmyerlimizin özbəkistanlı Boburmirzo Tolibovla döyüşü bərabər keçsə də, hakimlər qələbəni rəqib idmançıya veriblər - 1:2.Bu gün rinqə çıxacaq Azərbaycan idmançıları:60 kq: Şamil İbrahimzadə - Obaida İraqui (Danimarka)46 kq: Rüfət Hüseynov - Daniel Lapin (Ukrayna)52 kq: Qüdrət Quliyev - Edvin Qonzalez (Puerto Riko)63 kq: İsmayıl Hüseynov - Taras Kandelaki (Gürcüstan)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Putin və Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyi üstün tutur
20:50 22.08.2025
Tramp Putin və Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyi üstün tutur
Ağdarədə dağlıq ərazidəki yanğın söndürüldü - VİDEO
20:44 22.08.2025
Ağdarədə dağlıq ərazidəki yanğın söndürüldü - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - FOTOLAR
20:31 22.08.2025
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - FOTOLAR
Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb
20:22 22.08.2025
Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb
Məcburi köçkün, yaralanan və girovluqda işgəncə görən şəxslər məhkəmədə ifadə veriblər
20:16 22.08.2025
Məcburi köçkün, yaralanan və girovluqda işgəncə görən şəxslər məhkəmədə ifadə veriblər
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu oldu
20:09 22.08.2025
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu oldu
"Fənərbağça" Premyer Liqada çıxış edən futbolçunun keçidini açıqlayıb
19:48 22.08.2025
"Fənərbağça" Premyer Liqada çıxış edən futbolçunun keçidini açıqlayıb
La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib
19:33 22.08.2025
La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib
Trampın keçmiş müşavirinin evində axtarış aparılıb
19:20 22.08.2025
Trampın keçmiş müşavirinin evində axtarış aparılıb
İranda naməlum şəxslər patrul maşınlarına atəş açıblar, 5 polis həlak olub
19:09 22.08.2025
İranda naməlum şəxslər patrul maşınlarına atəş açıblar, 5 polis həlak olub
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
18:56 22.08.2025
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Niderland klubu "Bavariya"nın yarımmüdafiəçisi ilə güclənib
18:45 22.08.2025
Niderland klubu "Bavariya"nın yarımmüdafiəçisi ilə güclənib
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
18:32 22.08.2025
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
18:27 22.08.2025
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
18:22 22.08.2025
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb
18:10 22.08.2025
Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb