"Azərbaycan bütün dünyaya sübut edib ki, müstəqil həyatı uğurla yaşaya bilər" - Prezident

"Azərbaycan bütün dünyaya sübut edib ki, müstəqil həyatı uğurla yaşaya bilər" - Prezident
SİYASƏT
17:30 17.10.2016
889

 

"25 il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyatı uğurla yaşaya bilərik”. 

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda deyib.

Dövlət başçısı qeyd edib ki, gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur: "Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.

Ölkə başçısı müstəqilliyin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıb: "Yaşasın müstəqil Azərbyacan Respublikası!”. 


OXŞAR XƏBƏRLƏR