Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub... Məktəbin binasına ziyan vurulub, şüşələri qırıblar... Dini şüarlar səsləndiriblər...
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqindən istifadə edən cənubdan idarə olunan və digər xarici qüvvələr təxribatlar törətməyə cəhd etdilər.
Məsələnin həssaslığı ondan ibarətdir ki, məktəbli forması yalnız geyim qaydası deyil, həm də təhsil müəssisələrində vahid yanaşmanın, nizam-intizamın və bərabərliyin qorunması ilə əlaqəli məsələdir.
Ekspertlər bildirirlər ki, bu mövzunun dini və ya siyasi qarşıdurma predmetinə çevirməyə çalışmaq həmin qüvvələrin xüsusi məqsədindən xəbər verir.
Əsas prinsip dəyişməzdir: məktəblərdə sabitlik, şagirdlərin təhlükəsizliyi və təhsil prosesinin siyasi və dini qarşıdurmalardan uzaq saxlanılması.
Ekspert bildirir ki, dini inanclara hörmətlə yanaşmaqla yanaşı, dini mövzuların məktəblərdə süni qarşıdurma yaratmaq məqsədilə istifadəsi ehtimalına da hüquqi və obyektiv qiymət verilməlidir.
Ekspert qeyd edib ki, Azərbaycan cəmiyyəti baş verənləri həmişə olduğu kimi, Konstitusiya, qanunvericilik və milli maraqlar çərçivəsində qiymətləndirməli, xarici təxribatlara uymamalıdır.











































