“Azərbaycan cəmiyyəti Xameneinin real siyasi məqsədlərinin nədən ibarət olduğunu yaxşı bilir”

“Azərbaycan cəmiyyəti Xameneinin real siyasi məqsədlərinin nədən ibarət olduğunu yaxşı bilir”
SİYASƏT
14:03 22.07.2022
822
"Azərbaycan cəmiyyəti İranın əsl niyyətinin, Xameneinin real siyasi məqsədlərinin nədən ibarət olduğunu yaxşı bilir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzininn baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib. O, qeyd edib ki, İran hələ də anti-Azərbaycan ritorikasından əl çəkmir:

"İran İslam Respublikası Azərbaycanın İranla bağlı dürüst və səmimi mövqeyinə rəğmən hələ də anti-Azərbaycan ritorikasından əl çəkmir. Bir tərəfdən iranlı rəsmilərin tez-tez Azərbaycanla İran arasında tarixi qonşuluq əlaqələrinə istinad etdiyinin və iki ölkənin gələcəyi ilə bağlı pozitiv mesajlar verdiyinin şahidi oluruq. Digər tərəfdən isə İranın müxtəlif səviyyəli rəsmiləri, siyasi və hərbi şəxsləri tərəfindən sətiraltı mənalarda, açıq şəkildə və ya müxtəlif formalarda Azərbaycana qarşı hədələrin şahidi oluruq. BU gün İranda xarici siyasət kursunu həyata keçirən qüvvələr rasional siyasi biliklərə malik deyillər. İranın rəhbərliyində təmsil olunanlar regional prosesləri, qlobal siyasi hadisələri təhlil edərkən hansısa dar çərçivəli ideoloji maraqlar konseptindən yanaşırlar. Bu da İrana qarşı etirazlara və eyni zamanda İranın qeyri-səmimi mövqeyinin bir daha gün üzünə çımasına səbəb olur”.
 


Politoloqun sözlərinə görə, İran güclənən Azərbaycan və Türkiyə faktorundan qıcıq duyur:

"İran daim Azərbaycana qarşı Ermənistan faktından istifadə edir. Bu gün İranda 35 milyona yaxın azərbaycanlı yaşayır. Lakin İran Azərbaycanla əlaqələri gücləndirmək əvəzinə, daim ermənilərdən istifadə etməyə cəhd göstərir. Azərbaycanın Türkiyə ilə əlaqələri, eyni zamanda Zəngəzur dəhlizinin açılması İranın da iqtisadi monevr imkanları genişləndirsə də, İran bu prosesləri ağıllı formada şərh etmir. Məsələyə dar konteksdən yanaşır. Ona görə də, bu günə qədər Zəngəzur dəhlizinə İranın maneçilik törətdiyinin şahidi oluruq. İran güclənən Azərbaycan və Türkiyə faktorundan qıcıq duyur. İrandakı nəzarət olunan mediada, müxtəlif sosial media şəbəkələrində İrandan yayımlar edən terrorçular Azərbaycanın və Türkiyənin dövlət quruluşu əleyhinə çağırışlar edir. Həmin şəxslər bu günə qədər də İrandan Azərbaycana təhvil verilmir. Bu səbəbdən Azərbaycan cəmiyyəti İranın əsl niyyətinin nə olduğunu yaxşı bilir”.

Ayətullah Xameneinin məlum tvitinə münasibət bildirən T.İsmayılov qeyd edib ki, İranın Ali Dini Lideri tərəfindən indiyə qədər Azərbaycan torpaqlarının işğalına görə, Ermənistana qarşı hansısa sərt qadağalar tətbiq edilməyib, cəmiyyətimiz Xameneinin məqsədlərinin nədən ibarət olduğunu yaxşı bilir:

"Ayətullah Xamenei İran-Ermənistan sərhədi mövzusunda monipulyasiya edir. Hamıya bəllidir ki, bu günə qədər İranın Ali Dini Lideri tərəfindən Azərbaycan torpaqlarının işğalına görə, Ermənistana qarşı hansısa sərt qadağalar tətbiq edilməyib. Torpaqlarımızın işğalı dövründə Ayətullah Xamenei İran şirkətlərinə, yaxud iranlı sahibkarlara Ermənistanla iqtisadi əlaqələrin məhdudlaşdırmaq və ya bloklamaqla bağlı hansısa göstəriş verməyib. Bu səbəbdən Xameneinin bu cür açıqlamalarını dövlət tərəfindən kəskin formada reaksiya verilməyinə ehtiyac yoxdur. Çünki cəmiyyətimiz Xameneinin bu günə qədər buna bənzər başqa açıqlamalarının də şahidi olub. Cəmiyyətimiz Xameneinin real siyasi məqsədlərinin nədən ibarət olduğunu da yaxşı bilir. Bu baxımdan İranın Ali Dini Liderinin monipulyativ çıxışlarına dövlət rəhbərliyi tərəfindən hər dəfə hansısa rekasiya verilməsi o qədər də məqbul deyil”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR