​Azərbaycan çempionatında sənədləri saxta olan futbolçu aşkarlanıb

İDMAN
14:38 15.12.2015
1801

AFFA qeydiyyat və statistika şöbəsi U-13 liqasında sənədləri saxta olan futbolçu aşkarlayıb. 

AZXEBER.COM-un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, UGİM "Gənclərbirliyi" (Gəncə) komandasının heyətində Elcan Budaqovun sənədlərinin saxta olması haqda İntizam Komitəsinə məlumat verilib.

Komitə bu gün keçirilmiş iclasda kluba ağır cəza verib. E.Budaqovun meydana çıxdığı bütün görüşlərdə Gəncə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

OXŞAR XƏBƏRLƏR