Azərbaycan cizgi filmi beynəlxalq mükafata layiq görülüb

MARAQLI
11:06 17.09.2011
2211

“Təmiz, natəmiz və biz” cizgi filmi XVI “Qızıl balıq” Beynəlxalq Cizgi Filmləri Festivalının səkkiz ölkə nümayəndələrindən ibarət münsiflər heyətinin “Yüksək peşəkarlığa görə” mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, filmin ssenari müəllifi Gülşən Tofiq qızı, rejissoru Firəngiz Qurbanova, animatorlar Zemfira və Cavid Əhədovlar, bəstəkar Firudin Allahverdidir. “Qızıl balığ”ın bu ilki proqramında 80-ə yaxın film iştirak edib. Qeyd edək ki, "Təmiz, natəmiz və biz" cizgi filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında çəkilib.

OXŞAR XƏBƏRLƏR