Azərbaycan daha bir medal qazandı

İDMAN
07:43 07.08.2012
2854

Ötən gün XXX London Yay Olimpiadasında daha bir boksçumuz rinqə çıxıb.

AZXEBER.COM-un məlumatına görə, 91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov 1/4 finalda mübarizə aparıb.

Təmsilçimiz bu mərhələdə rusiyalı Məhəmməd Ömərovla qarşılaşıb. Məcidov Ömərov səddini keçəcəyi təqdirdə ən azı bürünc medalı özü üçün təmin edib. Görüş Bakı vaxtı ilə saat 02:30-da başlayıb.

İlk raund bərabər səviyyədə keçib - 4:4. İkinci raundda isə Məcidov rəqibinə 6:7 hesabı ilə uduzub. Üçüncü raundu üstün keçirən boksçumuz adını yarımfinala yazdırıb.

Qeyd edək ki, Londona 8 boksçu ilə yollanan yığmamızın heyətində yalnız iki idmançı - Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov mübarizəni davam etdirir. Qalan 6 boksçu isə olimpiadanı medalsız başa vurublar. 

OXŞAR XƏBƏRLƏR