Azərbaycan daha bir pillə gerilədi - UEFA reytinqi

Azərbaycan daha bir pillə gerilədi - UEFA reytinqi
İDMAN
11:27 24.08.2018
3420
Avropa Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlardan sonra UEFA reytinqi açıqlanıb.
 
AZXEBER.COM qol.az-a istinadən bildirir ki, oynanılan matçlardan sonra Azərbaycanın mövqeyi dəyişib. Təmsilçimiz "Qarabağ" "Şerif"ə uduzduğu üçün xal ehtiyatımız artmayıb. 18.250 xalı olan ölkəmiz 1 pillə geriləyərək 26-cı pilləyə düşüb. Bundan əvvəl 27-ci pillədə olan Norveç isə 24-cü pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.375 xalı var.
OXŞAR XƏBƏRLƏR