“Azərbaycan Dəmir Yolları”nın yeni sədri kimdir? - DOSYE

“Azərbaycan Dəmir Yolları”nın yeni sədri kimdir? - DOSYE
SOSİAL
17:17 26.10.2022
1053
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

AZXEBER.COM xəbər verir ki, Rüstəmov Rövşən Mürvət oğlu 6 oktyabr 1980-ci il İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1995-ci ildə Cəfərli kənd orta məktəbində 9-cu sinfi bitirdikdən sonra, orta təhsilini Bakı şəhəri, 1 saylı Fizika-riyaziyyat və informatika təmayüllü liseydə başa vurub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə" fakültəsinə ("Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə) daxil olub. 2001-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib və eyni ildə həmin Akademiyanın "İnzibati idarəetmə" fakültəsinin ("İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisası) magistraturasına daxil olub. 2003-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb.

Bundan sonra təhsilini davam etdirərək, 2005-ci ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasına daxil olub. 29 noyabr 2007-ci ildə isə "Aqrar sahənin davamlı inkişafının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri" mövzusunda dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Daha sonra "Davamlı inkişafın aktual problemləri və tənzimlənməsi istiqamətləri" mövzusunda monoqrafiya üzərində çalıb.

R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə jurnalist kimi başlayıb və 2004-cü ilə qədər bir sıra aparıcı mətbu orqanlarda iqtisadiyyat sahəsi üzrə analitik məqalələrin yazılması və təhlillərin aparılması ilə məşğul olub. 2004-cü ilin iyul ayından əmək fəaliyyətini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirmiş və burada iqtisadçı, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. "Azərpoçt" MMC-də çalışdığı 8 ilə qədər müddət ərzində bir sıra digər funksiyaların icrasına da yaxından cəlb olunub, eləcə də 2005-2010-cu illərdə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "İnkişaf krediti haqqında" Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) əsas icraçılarından biri, bu saziş çərçivəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi layihəsinin texniki direktoru, 5-dən artıq işçi qrupun rəhbəri olub.

2012-ci ilin 14 fevral tarixindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərkosmos" ASC-də Korporativ idarəetmə üzrə baş mütəxəssis vəzifəsinə təyin olunub. 2012-2014-cü illərdə "Azərkosmos" ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib. 2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, "Biznesin davamlılığının planlaşdırılması proqramı"nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə "Azərkosmos" ASC-nin sədr müavini təyin edilib. Ailəlidir, 1 övladı var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi