“Azərbaycan Dəmir Yolları” QSC-dən korrupsiya ittihamlarına cavab: "Yalandır!" - FOTOLAR

SOSİAL
10:38 12.06.2019
2233

"2019-cu ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Belarus Respublikasından hər hansı vaqon alınmayıb."

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı açıqlamada bildirilir.

Həmin açıqlamanın mətnini təqdim edirik:

"Son günlər bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə bağlı yayılan qərəzli və həqiqətə uyğun olmayan məlumatlara dair aşağıdakıları bildirməyi zəruri hesab edirik:

2018-ci ildə Belarus Respublikasından 2 ədəd sərnişin vaqonu deyil, İsveçrənin "Stadler Rail Group” şirkətindən onun Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş hər biri 4 vaqondan ibarət olan 2 ədəd ən müasir texnologiyalar ilə təchiz edilmiş ikimərtəbəli"KİSS” markalı elektrik qatarları alınmışdır. Sözügedən qatarlar Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edirlər. Şəkilləri əlavə olunur.

 

Eyni zamanda məlumat üçün bildiririk ki, Avropada dəmir yolu xətlərinin standartı 1435 mm,Azərbaycanda isə 1520 mm təşkil edir. İsveçrənin "Stadler Rail Group” şirkətinin Azərbaycan standartlarına cavab verən qatarları isə həmin şirkətin məhz Belarus Respublikasındakı zavodunda komplektləşdirilir. Bu barədə ətraflı məlumatı həmin şirkətin rəsmi internet səhifəsindən əldə etmək olar.

https://www.stadlerrail.com/ru/o-nas/podrazdeleniya/zao-shtadler-minsk/110/

Aradakı fərqin daha aydın anlaşılması üçün nümunə olaraq Belarus Respublikasının özünün istehsal etdiyi vaqonların şəkillərini diqqətinizə təqdim edirik:

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məsələ ilə bağlı həqiqəti əks etdirməyən, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyan qeyri-peşəkar məlumatların yayılması olduqca təəssüf hissi doğurur".  

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:07 28.10.2020

Türkiyə səfiri: "Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür"

17:47 28.10.2020

Ukraynada fövqəladə vəziyyətin müddəti uzadıldı

17:31 28.10.2020

XİN-dən ermənilərin Bərdədə törətdiyi qətliamla bağlı BƏYANAT

17:27 28.10.2020

Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb

17:21 28.10.2020

Türkiyə MN: “PKK ilə əlbirlik edəcək qədər aciz olan Ermənistan mülki əhalinin qətliamına davam edir”

17:12 28.10.2020

Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı - SİYAHI

17:03 28.10.2020

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

17:02 28.10.2020

Ermənilər Fransada yolu bağladılar, işə gedən türklərə hücum edib beş nəfəri yaraladılar

16:55 28.10.2020

İran səfirliyi ermənilərin Bərdəyə raket hücumunu pislədi

16:42 28.10.2020

Keçmiş erməni deputat koronavirusdan öldü

16:42 28.10.2020

Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb

16:35 28.10.2020

Azərbaycan Ordusu bu əraziləri işğaldan azad etdi: Prezident açıqladı

16:22 28.10.2020

Prezidentdən yeni tvit: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"

16:19 28.10.2020

Azərbaycanda bu gün 988 nəfər koronavirusa yoluxdu

16:15 28.10.2020

Tərtər rayonunun ərazisi yenidən atəşə tutulub

16:14 28.10.2020

Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır