Azərbaycan diasporuna qarşı sensasion - İttihamlar

Azərbaycan diasporuna qarşı sensasion - İttihamlar
SİYASƏT
11:29 06.01.2016
1468
Azərbaycanı Rusiyada təmsil edən diaspora nümayəndələri ilə bağlı dünən mediada şok ittihamlar yayılıb. 
AZXEBER.COM xəbər verir ki, Haqqın.az saytının yaydığı xəbərə görə, diaspora təmsilçilərimiz "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı layihəni dəstəkləyiblər. Məlumatda qeyd edilirdi ki, "Azərros"un keçmiş rəhbəri Söyün Sadıqov və Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev şəxsən regionlardakı diaspora rəhbərlərinə zəng edərək onları layihənin əleyhinə Sergey Narışkinə etiraz müraciəti göndərməkdən imtina etməyə çağırıblar.
AZXEBER.COM xəbər verir ki, deputat Fazil Mustafa öz Facebook səhifəsində baş verənlərin gözlənilən olduğunu bəyan edib:
"Rusiyadakı diasporamızdan gözlənilməz addım atılmayıb. Tam da gözlədiyimiz addımdır. Adamlar diaspora təşkilatlarını Rusiya vətəndaşları olaraq yaradıblar. İndi də öz iqtisadi və siyasi təhlükəsizliyini nəzərə alaraq Rusiya hakimiyyətinin təklifi və təzyiqi ilə belə bir addıma gedirlər. Etiraf edək ki, Rusiyada gerçək Azərbaycan diasporasının yaradılmamasının əsas günahkarlarından biri də məhz bizim bu işə səlahiyyətli olan məmurlarımızdır. Oradakı sahibkarlara, az-çox pulu olan azərbaycanlılara pul dağarcığı kimi baxanda təmiz niyyətli kimsə özünü Vətən naminə riskə qoyub Rusiya kimi ölkədə diaspora yükünün altına soxmaz. Bu insanlara vaxtında sahib çıxılmalı, Rusiyanın siyasi və iqtisadi elitasında irəliləməsinə planlı dəstək vermək lazım idi ki, Rusiya hakimiyyəti Söyün Sadıqov, İlqar Hacıyev kimilərdən Azərbaycan maraqlarına zidd istifadə etməsin. Baxarsınız, bir gün həmin adamlar Narışkinə rus ordusunun Azərbaycana yeridilməsi ilə bağlı da müraciət edəcəklər.
Keçmiş MTN-çi Akif Çovdarov Rusiyadan evinə baş çəkməyə gələn iş adamlarına bu dövlət qurumunda işgəncə verəndə və pullarını soyanda maraqlı bir ritorik suallar verirmiş: Sən kimsən ki, öz kəndinin yollarını asfaltlatmısan?" Yaxud da: "Sizin ana-bacınızı biz qoruyuruq, niyə vaxtında gətirib bizim pulumuzu vermirsiniz?" İndi təsəvvür edin ki, başqa bir sual da verə bilərdi: "Sən kimsən ki, diaspora işinə burnunu soxursan?" Bu ritorik sualları təəssüf ki, təkcə Akif Çovdarov vermirdi, vəzifə səlahiyyəti çatanların əksəriyyəti verirdi. Bütün bunlardan sonra öz ölkəsinə gəlməyə peşiman olan adam hansı duyğularla öz ölkəsi üçün yad diyarda fədakarlıq edə bilərdi?
İndi Rusiyada "erməni soyqırımı" ideyasını dəstəkləyən Azərbaycan diasporasının mövcudluğunun səbəbini az-çox anlamış olduq.
Əslində, mən bu məsələyə o qədər də faciəli yanaşmıram. Onsuz da son bir ildə Rusiyada rəsmi səviyyədə alınan axmaq qərarların sayı kifayət qədərdir, bu da olsun onlardan biri. Tək azərbaycanlılar deyil ki, çeçen kimi xarakterli millətin üzdəniraq təmsilçilərinə də türkləri, müsəlmanları, hətta öz çeçen qardaşlarını söydürə bilirlər. Əsas odur ki, heç olmazsa bu hadisəden nəticə çıxarıb Rusiyada Azərbaycan dövləti və hakimiyyət orqanları ilə əlaqəli çalışan gerçək diaspora təşkilatını formalaşdırmağı bir daha düşünüb-gerçəkləşdirək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb