Azərbaycan diplomatiyasının növbəti zəfəri: Erməni yalanları BMT-də işə yaramadı

Azərbaycan diplomatiyasının növbəti zəfəri: Erməni yalanları BMT-də işə yaramadı
SİYASƏT
15:59 17.08.2023
942
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətinə həsr olunan fövqəladə iclası keçirilib.

İclasda çıxış edən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bildirib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır.
O 30 ilə yaxındır ki, məhz Ermənistanın 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymadığını bəyan edib.
 
İclas zamanı Azəbaycan tərəfinin də təqdim etdiyi sənədlər, sübutlar, beynəlxalq hüquq ermənilərin bu müraciətini ifşa etmiş və nəticədə arzuladıqları sənəd Azərbaycan əleyhinə qətnamə qəbul edilməmişdir. Bununla da Ermənistanın növbəti böyük planı iflası oldu.
Həmçinin Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclas zamanı ermənilərin "blokada” yalanının ifşa etməsi, bu barədə fotoları nümayiş etdirməsi, çıxışının sonunda foto-kollajları sağ tərəfə ötürməyi və "işinizdə istifadə edərsiniz” deməsi ermənilər hiddətləndirib. 

BMT Təhlüksizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətinə həsr olunan iclası necə dəyərləndirmək olar?
 

 
Milli Məclisin deputatı Ramil Həsən mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verib.

Deputat bildirib ki, Ermənistanın başlatmış olduğu çirkin və iyrənc oyun heç bir nəticə verməyib:

"BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən əlavə, 10 müvəqqəti olaraq 2 il müddətinə fəaliyyət göstərən üzvləri mövcuddur. Şübhəsiz ki, Ermənistanın yenidən şou çevirmək cəhdi Azərbaycan dövlətinin, ölkəmizin, xarici siyasətinin və daimi nümayəndəliyimizin fəaliyyəti ilə fiaskoya uğradı.
Ermənistanın başlatmış olduğu bu çirkin və iyrənc oyuna BMT Təhlükəsizlik Şurasını alət etməsi cəhdi məğlubiyyətə düçar oldu. Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvləri çıxışlarında məsələnin sülh və danışıqlar yolunda həllini vurğuladılar. Eyni zamanda artıq beynəlxalq münasibətlər sistemi və BMT kulislərində Xankəndinə gedəcək olan Ağdam yolunun alternativ humanitar yol kimi istifadə edilə bilməsi ilə bağlı Azərbaycanın təklifi müsbət qarşılandı. Bununla bağlı, qardaş Türkiyənin, Albaniya, Brazilya, İngiltərə, Rusiyanın daimi nümayənləri öz fikirlərini vurğuladılar. Bu da Azərbaycanın xarici siyasətində ciddi uğurun əldə edilməsi deməkdir”.

Deputat hesab edir ki, bu iclasda ermənilərin bütün yalanları dünyaya bəyan oldu: 

"Ermənistanın bütün dünyaya yalandan göstərməyə çalışdığı humanitar fəlakət iddası tamamən kənara atıldı. Azərbaycanın BTM-dəki daimi nümayəndəsi Yaşar Əliyevin də qeyd etdiyi kimi Ermənistan bu oyunları bir kənara buraxmalı və danışıqlar masasına oturaraq problemin bir an öncə həll olunması istiqamətində ciddi addımlar atmalıdır. Onlar Azərbaycan vətəndaşlığı alıb, bizim dinc vətəndaşlarımız kimi hər bir vətəndaşa verilən haqq və hüquqdan istifadə etməlidir. Azərbaycan vətəndaşlığını qəbul etməyən bir şəxs Azərbaycan Respublikasında vətəndaşa verilən haqq və hüquqlardan istifadə edə bilməz.

Ermənistan tərəfindən başladılan, humanitar fəlakət adı altında oynanan bu oyun BMT Təhlükəsizlik Şurasında məğlubiyyətə düçar oldu. Bu Azərbaycan xarici siyasətinin növbəti uğuru kimi qiymətlədirilməlidir”.
 


Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Fikrət Sadıqov ermənilərin bu iclasdan çox ümidli olduqlarını qeyd edib:

"Ermənilər gözləyirdilər ki, BMT Təhlükəsizlik Şurası bizə qarşı hansısa qətnamə qəbul etsin. Bu gözləntiləri də uğursuzluqla üzləşdi.
İclas onlar üçün məğlubiyyətlə nəticələndi. Çünki demək olar ki, heç bir ölkə açıq şəkildə Azərbaycana təzyiq göstərmədi. Sadəcə olaraq çağırışlar səsləndi, narahatlıqlar ifadə edildi. Onları dəstəkləyən təkcə Fransa oldu. Fransada tək dünya birliyi deyil. Burada bir sıra dövlətlər bizi dəstəklədilər.

Sabiq diplomat Fikrət Sadıqov iclasda Ağdam-Xankəndi yolunun istifadəsinin gündəmə gəlməsini vacib məqam olaraq şərh edib:

"Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunda istifadə edilməsi ermənilərə tövsiyə olundu. Bu açıq şəkildə Ermənistan üçün diplomatik məğlubiyyətidir. Bizi dəstəkləyən ölkələr həm də Qoşulmama Hərəkatının üzvləridirlər. Azərbaycanla əməkdaşlıqda, münasibətlərin inkişafında maraqlıdırlar. Nəticə olaraq demək olar ki, ermənilərin təşəbbüsü puça çıxdı. Faktiki olaraq heç bir nəticə əldə edə bilmədilər”.

Şəbnəm Zahir

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək