Xaricdə olan diplomatlar arasında koronovirusa yoluxma halı yoxdur”.
AZXEBER.COM-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O qeyd edib ki, onların ailələri arasında da COVID-19-a yoluxma halları qeydə alınmayıb:
"Bu günə qədər xaricdəki diplomatlarımız və ailə üzvləri geri qayıtmayıb. Bunun əsas səbəblərindən biri diplomatların və ailə üzvlərinin çalışdıqları ölkələrdə karantin rejiminə riayət etmələri olub”.
O qeyd edib ki, eyni zamanda, Azərbaycanda olan xarici diplomatlar arasında koronovirusa yoluxanlar yoxdur.