Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş faciədən on il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş faciədən on il ötür
SOSİAL
10:45 30.04.2019
3869
Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilmiş faciədən on il keçir.

AZXEBER.COM xəbər verir ki, 2009-cu il aprelin 30-da saat 9.30 radələrində keçmiş Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri Dilarə Əliyeva küçəsində qaz-neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusuna daxil olan cinayətkarın birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan şəxslərə "Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gülləyə tuş gələnlər arasında ADNA-nın professorları, müəllimləri, laborantları və tələbələri olublar.

Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, "Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq götürülüb.

Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıblar.

Prezident İlham Əliyev aprelin 30-da ADNA-da baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
18:46 14.07.2026
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
18:31 14.07.2026
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
18:15 14.07.2026
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
18:11 14.07.2026
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
17:55 14.07.2026
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
17:50 14.07.2026
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
17:36 14.07.2026
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
17:22 14.07.2026
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
17:16 14.07.2026
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
17:07 14.07.2026
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
17:01 14.07.2026
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
16:45 14.07.2026
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
16:44 14.07.2026
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
16:21 14.07.2026
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
16:06 14.07.2026
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı
16:03 14.07.2026
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı