Azərbaycan Əfqanıstana yeni səfir təyin etdi - SƏRƏNCAM

Azərbaycan Əfqanıstana yeni səfir təyin etdi - SƏRƏNCAM
SİYASƏT
11:19 28.07.2021
1513
Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən, Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
OXŞAR XƏBƏRLƏR