Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib

Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib
SİYASƏT
15:30 18.03.2022
968

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev: Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.

Sonillərdə respublikamıza yönəldilən investisiyaların strukturunda həm daxili, həm də xarici investisiyaların həcmləri böyük rəqəmlərlə ölçülür. Azərbaycan xarici və daxili sərmayələri cəlb etməklə özünün uğurlu inkişafını təmin edir. Yüksəksəviyyəli infrastruktur quruculuğu daxili investisiya qoyuluşunun çox mühüm istiqamətlərindən birini təşkil edir. Bu illər ərzində paytaxt Bakıda və bölgələrdə dövlət investisiya qoyuluşu hesabına yaradılan müasir sosial və iqtisadi təyinatlı infrastruktur sayəsində Azərbaycan dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib.
Eyni zamanda, bu gün Azərbaycanla əməkdaşlıq etmək və milli iqtisadiyyatımıza sərmayələr yönəltmək istəyən ölkələrin və transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bu sırada öncül yerləri tutan Türkiyənin, Rusiyanın, İranın, Böyük Britaniyanın, İtaliyanın, Almaniyanın, ABŞ-ın və digər ölkələrin şirkətlərinin fəallığını xüsusi qeyd edə bilərik. Azərbaycana yönəldilən investisiyaların böyük bir qismi Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşür.

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.Dövlət başçısı təməlqoyma mərasimində çıxışı zamanı bildirib: Bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür. Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.

Hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, 385 meqavat generasiya gücü isə artıq yaradılıbdır. Cari ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən "ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında "Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur.

Azərbaycan xalqı tarixinin ən şanlı dönəmlərindən birini yaşayır. Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün dünyaya öz qüdrətini göstərdi. İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdirlər. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər.

Yuxarı Qarabağ və işğal edilmiş ətraf rayonlarımız tarixi-mədəni dəyəri, füsünkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Bu rayonlarımız aqrar üstünlüyü, xammal bazası və emaledici sənaye istehsalı baxımından əlverişlidir. Həmin ərazilərin iqtisadi potensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Ermənistanın talançılığı, istismarı nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. İşğal nəticəsində minlərlə hektar əkinəyararlı ərazi hərbi tullantılarla çirkləndirilmiş, Azərbaycan iqtisadiyyatına və dünyanın genofonduna milyardlarla manat həcmində ziyan vurulmuşdur.

İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Belə ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızin işlə təminatına müsbət təsir göstərəcək. İqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılmasına zəmin yaradacaq. Ölkəmizin Şanlı Zəfəri həmçinin, qeyri-neft sektorunun daha da böyüməsinə, Azərbaycan iqtisadiyyatının daha da çiçəklənməsinə təkan verəcək.

 

Naftalan şəhər sakini Fuad Əhmədov


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
18:32 06.07.2026
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
18:22 06.07.2026
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
18:09 06.07.2026
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
17:58 06.07.2026
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
17:57 06.07.2026
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
17:47 06.07.2026
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
17:36 06.07.2026
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
17:34 06.07.2026
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir