Azərbaycan elminə ağır itki: Professor vəfat etdi - FOTO

Azərbaycan elminə ağır itki: Professor vəfat etdi - FOTO
SOSİAL
12:50 17.05.2023
2054
Azərbaycan Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsi vəfat edib.

AZXEBER.COM xəbər verir ki, tarix elmləri doktoru, professor Xan Xoyski Azad Cəfər oğlu 75 yaşında vəfat edib.

Qeyd edək ki, Azad Xan Xoyski Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, Cümhuriyyətin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir.

O, "Azərbaycan Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
 

 


OXŞAR XƏBƏRLƏR