"Azərbaycan enerji resurslarının Avropaya tədarük coğrafiyasını genişləndirir"

"Azərbaycan enerji resurslarının Avropaya tədarük coğrafiyasını genişləndirir"
Siyasət
12:36 24.12.2022
723
Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və ardıcıl səyləri ilə iki ölkə arasında əlaqələr inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
 
Azərbaycan özünün tranzit ölkə, həmçinin ənənəvi və yaşıl enerji mənbəyi kimi potensialını, Avropanın bu istiqamətlərdəki tələbatının qarşılanmasındakı rolunu artırmaq üçün ciddi addımlar atmaqdadır.
 
Serbiya və Azərbaycan arasında günbəgün inkişaf edən əlaqələrə və yüksək səviyyəli münasibətlərə diqqət edərkən qeyri-ixtiyari iki il əvvəli xatırlayırıq. 2020-ci ilin Tovuz döyüşləri zamanı məlum oldu ki, Ermənistana ötürülən silahların, minaatan mərmiləri və digər hərbi sursatların mənbəyi olan ölkələrdən biri...Serbiya olub.
 
O zaman Azərbaycanın xarici siyasət idarəsi aşkarlanan faktla əlaqədar sərt şəkildə Serbiyadan izahat istədi, qarşı tərəfin etirafı oldu. 
 
Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Ölkələrimiz arasında əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.
 
Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. 2011-ci il iyunun 8-9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib.
 
Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər.
 
Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-nə təsadüf edib.
 
Azərbaycan növbəti ildən Serbiyaya qaz nəqlinə başlaya bilər ki, bu da ölkənin enerji təchizatı coğrafiyasını daha da genişləndirir və onun Avropanın mühüm enerji tərəfdaşı kimi əhəmiyyətini artırır.
 
"Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”, - Azərbaycan Prezidenti İlham Əliyev serbiyalı həmkarı ilə görüşdən sonra bəyanatında deyib.

 
 
 
 
 
Azərbaycan enerji sektorunda Avropa ölkələri ilə əməkdaşlığı davam etdirir, onu genişləndirir və Aİ-nin enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır.


Naftalan şəhər sakini  Arzu Məmmədov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
14:55 25.08.2025
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
Netanyahu: Hücumlar davam edəcək
14:44 25.08.2025
Netanyahu: Hücumlar davam edəcək
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək