Azərbaycan ərazisinə keçmiş iki erməni təhvil verildi - RƏSMİ

Azərbaycan ərazisinə keçmiş iki erməni təhvil verildi - RƏSMİ
SİYASƏT
13:22 20.09.2021
1010
Azərbaycan ərazisinə keçmiş iki erməni mülki şəxs Ermənistana təhvil verilib.

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 20-21 yaşlı iki erməni dünən axşam saatlarında Ermənistan tərəfinə təhvil verilib.

Erməni mülki vətəndaşları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə verilib.
OXŞAR XƏBƏRLƏR