Azərbaycan erməni tankını İsrail istehsalı olan raketlə vurub

SOSİAL
13:39 25.04.2016
1815

Ermənistan müdafiə nazirliyi aprelin 24-dən 25-ə keçən gecə Dağlıq Qarabağda təmas xəttində atəşkəsin pozulduğunu bildirib.Avropa.info xəbər verir ki, ermənilərin yaydığı açıqlamada atışma zamanı avtomat, minaatan, qumbaraatan, zenit qurğularından istifadə olunduğu bildirilir.Erməni tərəfi bildirir ki, Ağdərə istiqamətində Azərbaycan ordusu İsrail istehsalı olan tank əleyhinə SPİKE raket kompleksindən atəş açıb. Nəticədə bir erməni tankı məhv edilib.

Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində atəş açmaq üçün irəli çıxarılan erməni tankının ekipajı ilə məhv edildiyini haqda məlumat yaymışdı.

OXŞAR XƏBƏRLƏR