"Azərbaycan-Ermənistan arasındakı normallaşma mərhələsi inkişaf etməlidir"

"Azərbaycan-Ermənistan arasındakı normallaşma mərhələsi inkişaf etməlidir"
SİYASƏT
07:26 10.11.2021
354
"Qarabağ müharibəsindən sonra atəşkəs regiona yeni imkanlar gətirib”.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib.

"Türkiyə-Ermənistan əlaqələri normallaşma mərhələsinə daxildir. Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın səmimi addımlar atdığı təqdirdə əlaqələrimizi tədbirli formada normallaşdıra biləcəyimizi deməsi çox önəmlidir. Bu mənada Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı normallaşma mərhələsi inkişaf etməlidir. Minsk Qrupu həmsədrləri və ATƏT Parlament Assambleyası yeni həqiqətləri nəzərə alaraq keçmişdə niyə nəticə əldə edilmədiyini yaxşı təhlil etməlidir”, - deyə TBMM sədri bildirib.
OXŞAR XƏBƏRLƏR