Azərbaycan-Ermənistan sərhədində yanğın olub

Azərbaycan-Ermənistan sərhədində yanğın olub
SOSİAL
16:20 13.11.2023
155
Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib.

Bu barədə AZXEBER.COM-a Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.

Onun sözlərinə görə, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR