Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüşü keçirilib

Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüşü keçirilib
SOSİAL
13:36 11.09.2020
490

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xaricdə fəaliyyət göstərən Azərbaycan evləri və "Qarabağ” həftəsonu Azərbaycan məktəbləri rəhbərlərinin ölkəmizdəki KİV nümayəndələriylə virtual görüşü təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Berlin, Münhen, Köln (Almaniya), Varşava (Polşa), Tallin (Estoniya), Zalsburq (Avstriya), Ankara (Türkiyə), Kiyev (Ukrayna), Budapeşt (Macarıstan), Barselona (İspaniya) şəhərlərində və Marneuli (Gürcüstan) rayonunda fəaliyyət göstərən Azərbaycan evlərinin, Nant (Fransa) və Bern (İsveçrə) şəhərlərindəki "Qarabağ” məktəblərinin rəhbərləri, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərtac, Trend, Apa, Publika, Report, Azxeber.com və s. media qurumlarının nümayəndələri, müstəqil jurnalistlər və Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Azərbaycan evlərinin və "Qarabağ" məktəblərinin rəhbərləri çıxış edərək evlərin və məktəblərin yaranma tarixi, fəaliyyəti, həyata keçirdikləri müxtəlif layihələr, pandemiya dönəminin sərt karantin mərhələsi və Tovuz hadisələri zamanı atılan addımlar barədə ətraflı məlumat veriblər.

Tədbir jurnalistlərin suallarının cavablandırılması və geniş fikir mübadiləsinin aparılması ilə davam edib. KİV nümayəndələrinin sualları Qarabağ həqiqətlərinin təbliği ilə bağlı göstərilən təşəbbüsləri, pandemiya dönəmində soydaşlarımızın dəstəklənməsi məqsədilə atılan addımları, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq və s. məsələləri əhatə edib.

Sonda Azərbaycan evlərinin və Qarabağ məktəblərinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb