Azərbaycan FİFA reytinqində 15 pillə irəlilədi

İDMAN
12:23 13.09.2011
1714
Futbol üzrə yığma komandamızın FİFA-nın reytinqində 15 pillə irəliləyərək 97-ci pilləyə yüksəlib. FİFA-nın sentyabr ayına olan reytinq siyahısı bu ayın 21-də açıqlanmalı olsa da, “football-rankings.info” hadisələri qabaqlayaraq cədvəli internetdə yerləşdirib. Azərbaycan yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdikdən, Belçika ilə 1:1 hesablı heç-heçədən sonra aktivindəki xalların sayını 359-a çatdıraraq mövqeyini 15 pilllə yaxşılaşdırıb. Reytinq pilləsinin ilk üçlüyündə isə yenə də İspaniya, Hollandiya və Almaniya kollektivləri qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR