Azərbaycan - Filippin yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Trend-in məlumatına görə, bütün hakimlər Birləşmiş Ərəb Əmirliklərini təmsil edir:
Baş hakim: Fahad Abdalla Ahmad Alkassar Banihammad
Baş hakimin köməkçiləri: Ahmed Saeed Ahmed Alasal Alrashadi, Jasem Abdulla Yousef Abdulla Al Ali
Dördünc hakim: Hamad Ahmad Abdulla Alshaikh Hashmi
Qeyd edək ki, oyun martın 5-də, saat 19:00-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "əl-Şabab" stadionunda keçiriləcək.