Azərbaycan film səhəsində ilk: Gənc rejissor qorxu filmi çəkir

Azərbaycan film səhəsində ilk: Gənc rejissor qorxu filmi çəkir
MAQAZİN
23:26 06.10.2016
2828
Azərbaycanlı rejissor Elvin Abdullayeb milli kinomuzda yenilik edəcək.
 
Gənc rejissor AZXEBER.COM-a Azərbaycanda indiyə qədər heç kimin müraciət etmədiyi qorxu janrında tammetrajli bədii film çəkəcəyini bildirib.
 
Elvin Abdullayev qeyd edib ki, belə bir janr nəinki müasir kino dövründə, hətta sovet kinomatoqrafiyasında işlənilməyib:
 
"Xənnas” adlanacaq filmin ideya müəllifi özüməm. Ssenarini isə Nicat Dadaşovla birgə yazmışıq. Əminəm ki, filmimiz tamaşaçıların rəğbətini qazanacaq"
 
Baş prodüsserliyi missiyasınıda öz üzərinə götürən filmin quruluşcu rejissoru ekran əsərinin tezliklə çəkilişlərinə başlayacağını və 2017-ci ildə kinoteatrlarda nümayiş olunacağını açıqladı. Ekran işində kimlərin rol alacağı sualına isə Elvin Abdullayev tezliklə bu yaxınlarda daha ətraflı məlumat verəcəyini bildirdi.
 
Elvin Abdullayev bundan öncə bir neçə filmdə ikinci rejissoru vəzifəsini yerinə yetirmiş, bununla bərabər bir çox reklam çarxlarına quruluş vermişdir. Onuda vurğulayaqki Elvin Abdullayev gənc olmağına baxmayaraq bir çox uğurların sahibidir.
 
Buna misal olaraq, lentə aldığı "Məriz” qısametrajlı filmi ilə "Bakı Oscarı” film festivalında, "ən yaxşı aktyor işi”, "ən yaxşı aktrisa işi”, "ən yaxşı operator işi” və "ən yaxşı film” nominasiyaları ilə 4 mükafat əldə etdiyini deyə bilərik.
OXŞAR XƏBƏRLƏR