Azərbaycan fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb
İDMAN
14:12 30.03.2025
302

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə AZXEBER.COM-a Qış İdman Növləri Federasiyasından bildirilib.

O, bu uğura ABŞ-nin Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.

İdmançı qısa və sərbəst proqramda 233,31 xal toplayıb və 39 nəfər arasında 15-ci yeri tutaraq olimpiadada iştirak hüququ əldə edib.

Yarışda çıxış edən Azərbaycanın digər təmsilçilərindən Nərgiz Süleymanova, həmçinin Samanta Ritter - Daniel Brikalov buzüstü rəqs cütlüyü isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək.
OXŞAR XƏBƏRLƏR