Dünən Lənkəranda baş tutmuş "Xəzər Lənkəran" - "Neftçi" matçından sonra keçirilmiş mətbuat konfransında xoşagəlməz hadisə baş verib.
AZXEBER.COM-un Sportlife.az saytına istinadən verdiyi xəbərə görə, region jurnalistlərindən biri tərəfkeşlik edərək "Neftçi" klubunun baş məqşçisinə qaydadan kənar sual verib və "Neftçi"nin AFFA-nı köməkliyi ilə çempion olduğunu bildirib.
Böyükağa Hacıyev isə jurnalsitin bu sözlərinə öz kəskin etirazını bildirib və sonda həmin jurnalsitin zaldan çıxarılmasını tələb edib. Saytımızın əməkdaşı da bu anları lentə alıb və bu videoçarxı sizlərə təqdim edirik.