Azərbaycan gələn il 3 ölkədə səfirlik təsis edəcək

SİYASƏT
17:46 28.12.2023
415
Azərbaycan gələn il üç ölkədə səfirlik təsis edəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

O, Tailandda səfirliyin təsis olunması və fəaliyyətə başlamasının gözlənildiyini deyib.

"Eyni zamanda, Oman sultanlığında və Əfqanıstanda diplomatik missiyalarımız fəaliyyət başlayacaq”, - nazir əlavə edib.
OXŞAR XƏBƏRLƏR