4-7 avqustda "Gələcəyə körpü" Gənclər İctimai Birliyinin həyata keçirdiyi Gənc Liderlər Akademiyasının Oğuz rayonunda yay düşərgəsi keçirilib.Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, düşərgənin keçirilməsində əsas məqsəd layihə zamanı öyrənilən biliklərin müxtəlif praktik fəaliyyət, qrup işləri vasitəsilə daha dərindən aşılanması və akademiya iştirakçılarının yay istirahətinin səmərəli təşkili olub.Düşərgədə Azərbaycan Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, ABŞ-ın İnkişaf Agentliyinin missiya rəhbəri, Milli Demokratiya İnstitutunun əsas heyəti və 50 nəfər gənc iştirak edib.