Azərbaycan Gənclər Fondunun icraçı direktoru Strasburqa getdi

GƏNCLİK
10:30 11.06.2012
1499

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş üzrə proqram komitəsinin növbəti iclasında iştirak edəcək. İclas 11-14 iyun 2012-ci il tarixində, Fransanın Strasburq şəhərində keçiriləcəkdir.F.Hacıyev səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Görüşlər sırasında Avropa Gənclər Fondunun rəhbəri Jan Klod Lazaro və Avropa Şurasının Gənclər və İdman Direktorluğu ilə görüşlər nəzərdə tutulmuşdur. Görüşlərin məqsədi Azərbaycan Gənclər Fondu haqqında ətraflı məlumatı çatdırmaq və gələcəkdə birgə əməkdaşlıq haqqında razılığa gəlməkdir.Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli, 542 saylı Fərmanı ilə yaradılmışdır. Fondun məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etməkdir.

OXŞAR XƏBƏRLƏR