Azərbaycan Gənclər Parlamentindən xəbər var - İMTAHAN QRAFİKİ

GƏNCLİK
13:31 18.07.2012
2296

Azərbaycan Gənclər Parlamentinin seçim turu başlayır.

AZXEBER.COM-un məlumatına görə, AGP-yə müraciət edən gənclərin bir qismi 25 iyul tarixində test imtahanı vermək üçün Bakı Avrasiya Universitetinə dəvət olunublar. 

Qeyd edək ki, Azərbaycan Gənclər Parlamenti uzun müddətli bir layihədir. Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.Gənclər Parlamentinin müsabiqə əsasında formalaşması və 50 gəncdən ibarət olması nəzərdə tutulub. 14-28 may 2012-ci il tarixlərində Azərbaycan Gənclər Parlamentinə aparılmış ərizə qəbulu başa çatmış və 1187 nəfər namizəd qeydə alınmışdır. Parlamentə üzvlərin seçilməsi prosesi 2 mərhələdə keçiriləcək: test imtahanı və müsahibə. Test imtahanları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçiriləcək.Test imtahanlarının qrafiki ilə buradan tanış ola bilərsiniz: https://dqmk.az/aze/downloads/diger/AGP_test_imtahani_qrafiki.htm

OXŞAR XƏBƏRLƏR