Azərbaycan Gəncləri Ali Baş Komandanın əmrinə hazırdır

GƏNCLİK
11:26 15.08.2012
1738

Bakı Şəhər Gənclər və İdman baş İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15-20 avqust 2012-ci il tarixləri arasında Masallı rayonunda “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır" devizi altında III hərbi vətənpərvərlik düşərgəsi həyata keçiriləcək. İctimai Birlikdən verilən məlumata görə, düşərgədə 40 gənc iştirak edəcək.

“Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” devizi altında hərbi vətənpərvərlik düşərgəsi əsas gəncliyə vətənpərvərlik ruhunun geniş təbliğatını, idman və fiziki təlimlər, hərbi-taktiki biliklərin, nizam-intizam qaydalarının, ordu və döyüş haqqında məlumatların öyrədilməsini, gənclərin istirahətinin səmərəli keçirilməsini nəzərdə tutub və hərbi xidmətdə olmayan 18 yaşdan yuxarı gənclərə istiqamətlənib. Düşərgə bir maarifçilik və hərbi hazırlıq funksiyasını daşımaqla bərabər gənclərin asudə vaxtının səmərəli təşkilinə hesablanıb. Layihə nəticəsində proqram çərçivəsində tarixi və vətənpərvərlik ruhunda filmlər nümayiş etdiriləcək, Azərbaycan milli maraqları, ordu quruculuğu mövzusunda məruzələr ediləcək, müxtəlif səpgili yarışlar, idman oyunları təşkil ediləcək, əməliyyat tapşırıqları keçiriləcək, ehtiyyatda olan generallarla, peşəkar zabitlərlə görüşlər keçiriləcək. Əsasən gənclərin proseslərə fəal cəlb edilməsi üçün qeyri-fəal təlim metodlarından istifadə ediləcək. İştirakçılar düşərgə daxili çempionatlarda iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, bu düşərgə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə həyata keçirdiyi III hərbi vətənpərvərlik düşərgəsidir və hər il müntəzəm olaraq keçirilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR