“Azərbaycan gəncliyinə ən yüksək qiymət”

“Azərbaycan gəncliyinə ən yüksək qiymət”
SİYASƏT
12:17 18.01.2021
976
Bir dövlətin öz inkişafını həyata keçirməsi üçün yüksək potensiala malik olan gəncliyə sahib olması çox vacibdir. Çünki gənclər inkişafa təkan verməyə qadir cəmiyyətin əsas hərəkətverici qüvvəsidir. Bu gün Azərbaycan vətənpərvər və yüksək zəkalı gəncliyə sahib olan bir ölkədir. 44 günlük Vətən Müharibəsində Azərbaycan gəncləri təmsil olunduğu sahədən asılı olmayaraq son illər ərzində formalaşan potensialını ölkənin ərazi bütövlüyünün bərpasına yönəltdi. Azərbaycan gənci döyüş meydanında böyük şücaət və qəhrəmanlıq göstərməklə yanaşı, informasiya savaşında da öz bilik və bacarıqlarından istifadə edib qələbənin reallaşmasına töhvə verdi. Əslində Vətən Müharibəsi Azərbaycan gəncliyinin dövlət qarşısında bir imtahanı idi, çünki son illər ərzində gənclərlə bağlı həyata keçirilən tədbirlər, qəbul olunan proqramlar və digər sənədlər gənclərin hərtərəfli inkişafına dəstək vermişdi. Bu imtahandan alnıaçıq çıxan Azərbaycan gənclərinə əsl qiyməti məhz Prezident İlham Əliyev Şuşaya səfəri zamanı verdi.

Cənab Prezidentin Şuşada gənclərlə bağlı səsləndirdiyi fikirlər: "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.”

Bu fikirlər gənclərə verilə biləcək ən yüksək qiymət idi. Ancaq gənclərin vəzifəsi burada yekunlaşmır. Əksinə bundan sonra bizi daha da məsuliyyətli və daha əzmlə çalışmağı tələb edən bir dövr gözləyir. Artıq yeni quruculuq mərhələsi başlayır, hansı ki, bu mərhələdə gənclər öz potensiallarını ölkənin gələcək inkişafına, onun güclənməsinə yönəldəcək. Bu şərəfli və müqəddəs yolda gənclərə uğurlar arzu edirəm!

Fəsli Nəbiyev,

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
08:26 11.10.2026
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
08:20 11.10.2026
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
08:12 11.10.2026
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
08:06 11.10.2026
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb
08:02 11.10.2026
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb