"Azərbaycan gəncliyinin böyük əksəriyyəti "Tiktok" istifadəçisidir" - Tural Abbaslı

"Azərbaycan gəncliyinin böyük əksəriyyəti "Tiktok" istifadəçisidir" - Tural Abbaslı
SOSİAL
15:39 18.05.2022
344
"Deyirlər ki, TikTok”a qeyri-ciddi insanlar var, guya "feysbuk"da qeyri-ciddi insan yoxdurmu, "tvitter"də yoxdurmu, "instaqram"da yoxdurmu? Platformaların ciddi və ya qeyr-ciddisi yoxdur, oradakı insanların ciddisi və qeyri-ciddisi var”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

O, qeyd edib ki, sosial platformanın adının nə olması önəmli deyil, əsas insanların onun xidmətlərindən istifadə etməsidir:

"Dünyada sosial mediadan siyasi məqsədlər üçün istifadə etmək geniş yayılıb. Partiyalar, siyasi xadimlər, hətta dövlət strukturları bir çox sosial media platformalarından öz fikirlərini, məlumatlarını yaymaq üçün, təbliğ etmək üçün istifadə edir. Bu, artıq dünyada qəbul olunmuş bir qaydadır. Ən azından Trampın hələ də "Twitter”, "Facebook”, "Intagram” hesablarından apardığı mübarizəyə baxmaq olar. Burada əslində sosial platformanın adı önəmli deyil. Burada önəmli deyil ki, "TikTok”dur, "Facebook”dur, "Intagram”dır və ya başqa bir sosial mediadır, əsas odur ki, insanlar o sosial medianın xidmətindən istifadə edirmi? Bu gün Azərbaycanda ən popular sosial media platformalarından biri də təbii ki, "TikTok”dur. Azərbaycan gəncliyinin böyük əksəriyyətinin bu platformada hesabları var. Baxırlar, izləyirlər. Hansısa kontentdə çəkilişlər edirlər.
 
O deyib ki, Ağ Partiya gənclərin toplaşdığı "Tiktok"dan aktiv istifadə edir:

"Əsas odur ki, bu platformada Azərbaycan gəncliyinin böyük əksəriyyəti var. Biz də bir siyasi partiya olaraq Azərbaycan xalqına, gəncliyinə xitab etmək istəyirik. Onların diqqətini cəlb etmək istəyirik. Ona görə də, biz də bütün platformalardan istifadə edirik. Necə ki, "Facebook”dan, "Intagram”dan, eləcə də "TikTok”dan istifadə edirik. İndi kim necə istəyirsə, düşünə bilər. Platformaların ciddi və ya qeyr-ciddisi yoxdur, oradakı insanların ciddisi və qeyri-ciddisi var. İndi guya feysbukda qeyri-ciddi insan yoxdurmu, tvitterdə yoxdurmu, instaqramda yoxdurmu? Hər yerdə var. Əsas odur ki, sən orada nə deyirsən. Hər kontentin də özünün izləyicisi var. Məsələn biz siyasi çıxışlarımızı edirik, təbliğat materiallarımızı paylaşırıq, xalqa mesajlarımızı ötürürük və o, öz kütləsinə çatır, müsbət geri dönüşü də alırıq”.

Tural Abbaslı qeyd edib ki, "TikTok”da necə insanların olması o platformanı boş qoymağa əsas verimir:

"Düzdür, elələri də var ki, "TikTok”dan pul yığmaq üçün istifadə edir, kimlərsə çox uğurlu olmayan videoroliklər paylaşır. Amma bu, ona əsas vermir ki, bu boyda platformanı boş buraxaq, oradan istifadə etməyək ki, kimlərsə bunu qeyri-ciddi sayır və ya kimlərsə buradan pul qazanmaq üçün istifadə edir. Biz də Ağ Partiya olaraq bu platformadan sırf öz partiyamızın fikirlərini təbliğ etmək üçün istifadə edirik, eynilə digər platformalardan olduğu kimi”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib