Azərbaycan gimnastı Bolqarıstanda bürünc medal qazandı

Azərbaycan gimnastı Bolqarıstanda bürünc medal qazandı
İDMAN
18:57 03.09.2018
4526

Azərbaycan gimnastı Yelizaveta Luzan Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.

Fərdi proqramda çıxış edən gənc idmançı lentlə hərəkətlərə görə hakimlərdən 13.900 xal alaraq, fəxri kürsünün III pilləsinə yüksəlib. Gimnast çoxnövçülükdə IV, halqa, top və gürzlərlə çıxışlarına görə isə VI olub.

Azərbaycan millisinin digər fərdi gimnastı Məryəm Səfərova isə çoxnövçülükdə IX yerdə qərarlaşıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 15 ölkədən 200-ə yaxın gimnast iştirak edib.

OXŞAR XƏBƏRLƏR